AMEA-nın birinci vitse-prezidentləri seçildi, yeni heyət açıqlandı

Xəbərlər

28.12.2019 - 14:30

Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Akademiyanın ümumi yığıncağı keçirilib. 

 

AYNA xəbər verir ki, illik yığıncaqda AMEA-nın birinci vitse-prezidentləri seçilib. Səsvermənin nəticəsini Hesablama Komissiyanın sədri Urxan Ələkbərov açıqlayıb.

 

Səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər. 

 

Gizli keçirilən səsvermədə İsa Həbibbəyli humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə, İbrahim Quliyev isə təbiət elmləri və dəqiq elmlər üzrə birinci vitse-prezident seçilib.

 

Ramiz Mehdiyev hər iki birinci vitse-prezidenti təbrik edib.

 

Ramiz Mehdiyev, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibini açıqlayıb.  Bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir: 

 

- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev

- Birinci vitse-prezident akademik İsa Həbibbəyli

- Birinci vitse-prezident akademik İbrahim Quliyev

- Vitse-prezident akademik Tofiq Nağıyev

- Vitse-prezident akademik Dilqəm Tağıyev

- Vitse-prezident akademik Nərgiz Paşayeva

- Vitse-prezident akademik İradə Hüseynova

- Vitse-prezident akademik Rasim Əliquliyev

- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov

- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev

- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev

 

Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib. 

 

Qeyd edək ki, bugünkü yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş