Almanlar “əjdaha” robot düzəltdilər

Maraqlı

24.06.2021 - 16:17

O, mürəkkəb landşaftda hərəkət etməyə uyğundur: qum, dağ, buz üzərində gəzə və ya üzə bilər

 

Almanlar yüksək keçid qabiliyyətli robot yaradıblar. “Rheinmetall” şirkəti özünün “Mission Master” adlı pilotsuz yerüstü nəqliyyat vasitəsinin hibrid versiyasını buraxmağa hazırlaşır.

 

AYNA xəbər verir ki, bu məlumatı şəxsi sosial şəbəkə hesabında Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, tanınmış jurnalist İbrahim Nəbioğlu paylaşıb.

 

“Onların əsas məqsədləri insan itkisini azaltmaq, əsgərlərdən rasional istifadə etməkdir. Yerüstü avtonom platformalar yük daşıyacaq, kəşfiyyat işləri görəcək, retranslyator xidmətı verəcəklər”, - deyə o bildirib.

 

Nəbioğlunun qeydinə görə, robot dizel mühərriki ilə işləyir ki, bu da onun 750 kilometr yanacaq doldurmadan çalışmasına imkan verir: “Litium-ion batareyaları isə ona altı saata qədər səssiz fəaliyyət fürsəti verir. O, mürəkkəb landşaftda hərəkət etməyə uyğundur: qum, dağ, buz üzərində gəzə və ya üzə bilər, eyni zamanda 1000 kq yük daşıma qabiliyyəti var”.

Müəllif: Ayna.az