Ömər Siracov bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Almaniyada yaşayan azərbaycanlı yeniyetmə cüdoçu Ömər Siracov növbəti uğura imza atıb. AYNA.AZ xəbər verir ki, 10 yaşlı idmançı Merbuş şəhər birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Ömər Siracov təkcə Almaniyada keçirilən yarışlarda deyil, həmçinin Niderlandda müxtəlif illərdə təşkil olunan turnirlərdə də uğurla çıxış edərək medallar qazanıb.