Çempionlar Liqasında ilk dəfə qadın baş hakim

İdman

01.12.2020 - 05:12

Frappara həmyerliləri Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər

 

Çempionlar Liqası tarixində ilk dəfə oyunu qadın baş hakim idarə edəcək.

 

AYNA xəbər verir ki, qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Yuventus" - "Dinamo" (Kiyev) matçını fransalı Stefani Frappar idarədə edəcək.

 

Dekabrın 2-də oynanılacaq matçda Frappara həmyerliləri Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

 

Qeyd edək ki, Stefani bundan əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşünü (3:0) də idarə edib.

Müəllif: Ayna.az