Ərizələrin qəbulu 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır
2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır.
AYNA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar mayın 26-da keçirilən mətbuat konfransında söyləyib.
O qeyd edib ki, ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır.