İrəvanda hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq
Albaniyada Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü konstruktiv olub.
AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “Yerevan Dialogue” forumu çərçivəsində jurnalistlərə bildirib.
"Bizim qiymətləndirməmizə görə, görüş kifayət qədər konstruktiv keçib. İki ölkənin rəhbərləri sülh sazişinin imzalanması ilə bağlı müzakirələri davam etdirməyə hazır olduqlarını bildiriblər", - o vurğulayıb.
İrəvanda hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycan tərəfi ilə müzakirələri davam etdirmək imkanı olacaq.
Xatırladaq ki, görüş mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı sammiti çərçivəsində baş tutub.