Güclü leysan yağışı yanğınsöndürənlərin işini asanlaşdırıb
Ağsu rayonunun dağ kəndi olan Nüydü bələdiyyəsinin ərazisində yanğın baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, bu gün saat 17-18 radələrində baş verən yanğın yerinə Ağsu və İsmayıllı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən 1 yanğınsöndürən maşın və 7 nəfər canlı qüvvə cəlb olunub.
Güclü leysan yağışı yanğının daha geniş ərazilərə yayılmamasında yanğınsöndürənlərin işini asanlaşdırıb. 2 hektar quru kol-kos sahəsi yanıb.