Hər iki yeniyetmə qız dərhal xəstəxanaya yerləşdirilib
Ağstafada iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 2010-cu il təvəllüdlü S. Əhmədovanı və 2010-cu il təvəllüdlü N. Qasımovanı vurub.
Hər iki yeniyetmə qız dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında ehtiyatsızlıq nəticəsində baş verib.
Əraziyə polis əməkdaşları cəlb edilib.