Ağdaşda dayanma-durma qaydalarını pozan sürücülər cərimələnib

Xəbərlər

11.04.2021 - 16:56

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək

 

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

 

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

 

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Müəllif: Ayna.az