Ağdamda qadın meyiti tapılıb

Xəbərlər

22.12.2020 - 18:05

Həkimlər Klinikalar SEO Xidməti

FHN əməkdaşları meyiti aidiyyəti üzrə təhvil veriblər

 

Ağdam rayonunda qadın meyiti aşkar edilib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Nazirliyin məlumatına görə, rayonun İkinci Baharlı qəsəbəsində su hövzəsində aşkarlanmış meyitin çıxarılmasına kömək göstərilməsi üçün müraciət daxil olub.

 

Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri 1965-ci il təvəllüdlü Həsənova Zibeydə İbad qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş