31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar zərərsizləşdirilib
Hazırda Ağdam rayonunda 37 min 154 hektar ərazi təmizlənib və 31 min 105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. AYNA.AZ xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin (FHN)n əməkdaşı Ələkbər Ələkbərov deyib.
Bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti davam etdirilir.
“Vətən müharibəsi bitdikdən sonra, aidiyyatı qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların, eləcə də müharibənin partlayıcı qalıqlarının təmizlənməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hərbi Hissəsi də fəaliyyət göstərməkdədir. Bu fəaliyyət zamanı heyətimiz yüksək səviyyədə kurs keçib. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı nəticəsində təmizləmə fəaliyyətini səmərəli həyata keçirilməsi üçün, müasir avadanlıqla təchiz olunub. Ərazilərin təmizlənməsində mexaniki vasitələrdən də istifadə edilir”, - deyə Ələkbərov qeyd edib.