Ağdam Rayon Polis Şöbəsinin fəaliyyəti bərpa edilib

Xəbərlər

07.12.2020 - 12:54

Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub

 

“Müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir”.

 

AYNA xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatında qeyd olunub.

 

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Ağdam şəhərində və kəndlərində xidməti fəaliyyətini bərpa edib. Daxili Qoşunların hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən postlar qurulub və təhlükəsizliyə tam şəkildə nəzarət edilir.

Müəllif: Ayna.az