"/>

Ağciyər Xəstəlikləri İnstitutu barəsindəki iddiaya rəsmi cavab: <font color=red> "YALANDIR" </font>

Cəmiyyət

07.02.2020 - 18:47

Rəsmi qurumun sözçüsü: "Son beş ildə belə bir xəstə qeydə alınmayıb"

 

“Xəstəxanada stasionardakı ağır vərəmli xəstələrin içində taksi sürücüsü kimi işləyənlər var, gecələr mühafizəçiyə pul verib səhər saat 6-da yenidən xəstəxanaya qayıdırlarmış”.

 

AYNA xəbər verir ki, bu iddianı Bakı şəhər sakini, 32 yaşlı Ayaz Məmmədov səsləndirib. Altı ildir, vərəm xəstəliyindən əziyyət çəkən A.Məmmədov, son 2 ilədək Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alıb. Amma maddi imkansızlıqdan müalicəsini yarımçıq saxlayıb.

O, iddia edir ki, xəstəxanada tibb işçilərinə “hörmət” etmədikdə, xəstələrə biganə yanaşırlar: "Buna görə də müalicə, palata həkimi, tibb bacıları, palatanı təmizləyən xadimələr, o cümlədən müayinələr üçün pul verilməlidir. Xəstəxanada müalicə olunduğum müddətdə dəfələrlə xəstə ölümünün şahidi olmuşam. Ağır vərəmli xəstələrin müalicə olunduğu palatalarda su daimi verilmirdi, tualet natəmizlik içindəydi. Bu xəstəxanada sağlam adam da xəstə olar”.

Son vaxtlar İnstitutda baş verən ölüm xəbərlərini və problemləri ictimailəşdirən Samir Zeynalov da AYNA-ya açıqlamasında vərəmli xəstənin iddialarını təsdiqləyib. O, dəfələrlə belə xəstələrlə söhbəti zamanı baş verən haqsızlıqlar, xəstələrə pis münasibətin şahidi olduğunu deyib.

 

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Bölmələri Birliyi"nin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəvanə Əliyeva isə AYNA-nın sorğusuna belə cavab verib: "Biz əlaqə saxladıq və Ağciyər Xəstəlikləri İnstitutu deyilənləri təkzib etdi. Ayaz Məmmədov adlı vərəm xəstəsi qeydiyyatda var, 32 yaşındadır. Amma o, Bakı sakini deyil, İnstitutda da müalicə üçün stasionarda yatmayıb və son beş ildə belə bir xəstə qeydə alınmayıb. Amma onun poliklinika şəraitində müalicə aldığı barədə məlumat var, özü də stasionarda yatmaqdan imtina edib. Həmin şəxsin də həkim, tibbi personaldan hər hansı şikayəti olmayıb”.

Müəllif: Raminə Eyvazqızı