Ad günü məclisi təşkil edənlər cərimələnib

Xəbərlər

15.03.2021 - 12:33

Həkimlər Klinikalar SEO Xidməti

17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunub

 

Ağcabədidə ad günü məclisi təşkil edənlər müəyyən edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilir.

 

Qeyd edilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki kafelərin birində karantin qaydalarına zidd olaraq ad günü məclisi təşkil edən şəxslər müəyyən edilib.

 

Obyektin sahibi də daxil olmaqla, ümumilikdə, 17 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş