Açıq havada maskadan istifadə ləğv edilə bilər - <font color=red> RƏSMİ</font>

Aktual

20.05.2021 - 11:06

Yaqut Qarayeva: “Bu istiqamətdə artıq qaydalar hazırlanır”

 

Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva vurğulayıb ki, bu istiqamətdə artıq qaydalar hazırlanır: “Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.

 

“Müzakirələr arasında ictimai nəqliyyatla bağlı bir sıra məsələlər də var ki, yaxın günlərdə bu barədə də məlumat veriləcək”, - Qarayeva qeyd edib.

 

 

 

Müəllif: Ayna.az