ABŞ və Türkiyə səfirliklərinə bomba qoyulduğunu deyən erməni tutulub

Dünya

19.08.2020 - 15:15

Ermənistan vətəndaşı altı ilə qədər həbslə cəzalandırıla bilər

 

Ukraynanın paytaxtı Kiyevdə hüquq-mühafizə orqanları əməliyyat keçirib. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ və Türkiyənin Ukraynadakı səfirliklərinə bomba qoyulması ilə bağlı polisə yalan məlumat verən 46 yaşlı Ermənistan vətəndaşını saxlanılıb.

 

İstintaqın məlumatına görə, avqustun 1-də kişi polisə zəng edərək iki səfirliyin binalarına bomba  qoyulduğunu deyib. Bildirişlə bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə hansısa partlayıcı maddələr aşkarlamayıblar.

 

Polisə yalan məlumat verən şəxs tutulub. Ona qarşı Ukrayna Cinayət Məcəlləsinin 259-cu (vətəndaşların təhlükəsizliyinə təhdid barədə bilərəkdən yalan mesaj) maddəsi ilə cinayət işi açılıb. Həmin şəxs altı ilə qədər həbslə cəzalandırıla bilər.

Müəllif: Ayna.az