İki nəfər həlak olub, 23 nəfər xəstəxanaya yerləşdirilib
ABŞ-da San-Dieqo sahillərində gəminin batması nəticəsində iki nəfər həlak olub. AYNA xarici mediaya istinadən bildirir ki, xilas edilən 23 nəfər xəstəxanaya yerləşdirilib.
Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, lakin üç nəfərə təcili tibbi yardım tələb edildiyi bildirilir. Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.