ABŞ kosmonavtları Ayda qalacaq

Maraqlı

23.07.2019 - 00:49

ABŞ-ın Ay ilə bağlı böyük planları var. 2024-cü ildə Yerin peykinə ikinci səfər planlaşdırılır. Bu dəfə kosmonavtları Ayda qoyub gələcəklər. AYNA bizimyol.info-a istinadən xəbər verir ki, bu haqda ABŞ vitse-prezidenti Mayk Pens məlumat verib. Onun fikrincə, Amerika dövləti orada tədqiqat aparmağı, yeni texnologiyaları inkişaf etdirməyi düşünür: “Zaman yetişəndə Aydan Marsa gedəcəyik”.

 

Aya növbəti səfər beş il sonra nəzərdə tutulub. Yerin peykinə yola düşəcək astronavtların arasında qadın da olacaq.

 

İlk səfər 1969-cu ilin iyulunda baş tutmuşdu. Onda amerikalı astronavtlar Nil Armstronq və Bazz Oldrin belə imkan qazanmışdı. Armstronq tarixdə Aya ayaq basan ilk insan kimi qalacaq.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə