ABŞ-ın şimal-şərqində güclü fırtına baş verib

Dünya

27.09.2026 - 19:07

Güclü küləyin təsirindən yıxılan ağac 56 yaşlı mənzil idarəsinin işçisini əzib

ABŞ-ın şimal-şərqində baş verən fırtına Nyu-York şəhərində bir nəfərin həyatına son qoyub. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, şəhərin şərq hissəsindəki Bruklin məhəlləsində güclü küləyin təsirindən yıxılan ağac 56 yaşlı mənzil idarəsinin işçisini əzib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Yerli hakimiyyət orqanları yıxılan ağaclarla bağlı 370-dən çox məlumat alıb. Qeyd olunur ki, bəzi xəbərdarlıqlar üst-üstə düşə bilər.

Daha əvvəl Nyu-York qubernatoru Keti Hoşul Nyu-York şəhərində 152 mm-ə qədər yağış gözlənildiyini açıqlamışdı. Küləyin sürəti 26 m/s-ə çatır. “Poweroutage.us” saytının məlumatına görə, fırtına səbəbindən Nyu-York, Konnektikut və Massaçusetsdə 50 mindən çox insan elektriksiz qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş