ABŞ “green card”ı dayandırdı

Dünya

22.04.2020 - 13:52

cedabet dərman SEO Xidməti

Prezident qərarla bağlı artıq sərəncam imzalayıb 

 

ABŞ Prezidenti Donald Tramp 60 gün ərzində “green card”ları dayandırılacağını bəyan edib.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, ABŞ lideri bu tədbirin ölkədəki vəziyyəti qaydasına salmaq üçün lazım olduğunu müdafiə edib.

 

Prezident qərarla bağlı artıq sərəncam imzalayıb və o “green card” məsələsinin uzun müddət qüvvədə qalacağına da işarə edib.

 

Prezident Donald Trampın koronavirus böhranı səbəbiylə ABŞ-da daimi yaşamaq istəyən xarici vətəndaşların müraciətlərinin dayandıracağı məsələsi mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Çünki bu qərarın əksər viza xidmətlərini dayandırdığı üçün effektiv olacağı məlum deyil.

 

Tənqidçilər Trampın bu qərarı ilə virusla bağlı vəziyyətlə bağlı cavabdan diqqəti yayındırmağa çalışdığını deyirlər.

 

Demokratlar administrasiyanı pandemiyadan istifadə edərək immiqrasiyaya zərbə vurmaqda da ittiham edirlər. Məsələn, ənənəvi olaraq Respublikaçı olan Tramp üçün bu güclü bir təşviqat mövzusudur, lakin böhran dövründə və noyabr seçkisi öncəsi müzakirə mövzusu deyil.

 

Qeyd edək ki, ABŞ-da 825 mindən çox insanın virusa yoluxması təsdiqlənib, 45 mindən çox insan isə ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş