ABŞ Ədliyyə naziri: “Nümayişlərdə yalnız radikal qruplar iştirak etmir”

Dünya

05.06.2020 - 15:02

“Bunlar dinc etirazçılar, talançılar və etirazları pozmağa çalışan ekstremistlərdir”

 

ABŞ-ın Minneapolis şəhərində polis tərəfindən öldürülən Corc Floyda görə etiraz aksiyaları davam edir. AYNA xəbər verir ki, ABŞ-ın Ədliyyə naziri Bill Barr aksiyalarla bağlı açıqlama verib.

 

“Etiraz aksiyaları ilə bağlı başladılan istintaq işi göstərir ki, bu nümayişlərdə yalnız radikal qruplar iştirak etmir, əksinə, nümayişlərdə xarici oyunçular da iştirak edir”, - deyə Barr bildirib.

 

Barr aksiyalarda iştirak edən etirazçıların üç qrupdan ibarət olduğunu da bildirib: “Bunlar dinc etirazçılar, talançılar və etirazları pozmağa çalışan ekstremistlərdir. Sonuncular isə sadəcə öz məqsədləri üçün çalışırlar”.

 

Qeyd edək ki, qaradərili Corc Floydun polis tərəfindən qətlə yeririlməsindən sonra ABŞ-da etiraz aksiyaları geniş vüsət alıb. 16 gündür davam edən nümayişlərdə onlarla adamın öldüyü bildirilir.

Müəllif: Ayna.az