ABŞ-da ticarət mərkəzində atışma: yaralılar var

Dünya

26.10.2021 - 07:26

Həkimlər Klinikalar SEO Xidməti

Zərərçəkənlər barədə məlumat verilməyib

ABŞ-da naməlum şəxs Boyse şəhərində (Aydaho ştatı - Red) yerləşən ticarət mərkəzində atəş açıb.

AYNA xəbər verir ki, müvafiq bəyanatı şəhərin polis idarəsi "Twitter"dəki səhifəsində dərc edib.

Qeyd olunub ki, hadisə nəticəsində biri polis olmaqla 6 nəfər yaralanıb. Polislər faktla bağlı bir nəfəri saxlamağa müvəffəq olublar. Zərərçəkənlər barədə məlumat verilməyib.

Polis idarəsi qeyd edib ki, hazırda hər hansı təhlükə yoxdur və hüquq-mühafizə orqanlarının əməkdaşları ticarət mərkəzinin binasını yoxlayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş