ABŞ-da təyyarə və helikopter toqquşub

Dünya

20.08.2026 - 12:49

Qəza Karlayl şəhəri yaxınlığında baş verib

ABŞ-ın Pensilvaniya ştatı üzərində yüngül təyyarə və helikopter toqquşub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Federal Aviasiya Administrasiyası (FAA) özünün “X” sosial media səhifəsində məlumat paylaşıb.

Qəza Karlayl şəhəri yaxınlığında baş verib. Toqquşma zamanı “Bell 407” helikopterində iki nəfər olub.

“Cessna 150”dəki sərnişinlərin sayı məlum deyil. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş