ABŞ-da qədim kilsə yanıb

Dünya

06.12.2020 - 09:07

Yanğın zamanı ölən olmayıb

 

ABŞ-ın Nyu-York ştatında yanğın olub. Boş binada baş verən yanğın 19-cu əsrə aid kilsəyə keçib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə bu gecə baş verib.

 

Yanğın siqnalından 3 dəqiqə sonra hadisə yerinə çatan yanğınsöndürənlər 4 nəfəri xilas ediblər. Onlar yüngül xəsarət alıblar. Yanğın zamanı ölən olmayıb.

 

Alov güclü olduğundan kilsəyə ciddi ziyan dəyib.  Rahib Ceki Lyus kilsənin viran qaldığını və yararsız vəziyyətə düşdüyünü bildirib.

Müəllif: Ayna.az