ABŞ-da misli görünməmiş sanksiya paketi: <font color=red> Kreml terrorizmin sponsorudur</font>

Siyasət

12.06.2020 - 19:45

Putin rejimi faktiki olaraq Rusiya Federasiyasının bütün vətəndaşlarını terrorizmə sponsorluqda tərəfdaşa çevirib

 

ABŞ Respublikaçıları Rusiya rəhbərliyinə qarşı ən sərt sanksiyaların tətbiq olunmasını təklif etdilər. Bu təklif, təqribən 150 konqresmendən ibarət nüfuzlu partiya komitəsinin dərc etdirdiyi "Amerikanın Gücləndirilməsi və Qlobal Təhdidlərə Qarşı Mübarizə" hesabatında yer alıb.

 

120 səhifəlik yeni siyasi hesabat üzərində il yarımdan çox iş gedib. Nəticədə Rusiya, Çin və İran "Amerikanın ən aqressiv rəqibləri" olaraq qiymətləndirilib və onlara qarşı "Konqress tərəfindən indiyə qədər irəli sürülən ən sərt sanksiyaların" tətbiqi təklif olunub.

 

Məruzə müəllifləri Rusiya Federasiyasının "terrora dəstək verən" ölkə olaraq tanınmasını və dövlətə qarşı ən sərt sanksiyaların tətbiq olunmasını təklif ediblər. Respublikaçıların fikrincə, ABŞ qanunverici orqanı tərəfindən əvvəllər heç vaxt belə sərt sanksiyalar təklif edilməyib və amerikalı siyasətçilər "dünyadakı ABŞ-ın aqressiv düşmənlərinə" qarşı mübarizənin 130-dan çox yolunu tövsiyyə ediblər. "Təkliflərə BMT-də avtoritar nüfuzun qarşısını almaq üçün nəticəyə yönəlmiş islahatlar və xarici ölkələrə yardımların ABŞ və Amerika dəyərlərinin təbliği üçün istifadəsini təmin etmək də daxildir", - deyə sənəddə vurğulanır.

Rauf Orucov