ABŞ-da koronavirusa yoluxmuş məhbuslar üçün çadırlar qurulub

Dünya

11.07.2020 - 17:05

Çadırların gələn həftə istifadəyə veriləcəyi bildirilir

 

ABŞ-ın Kaliforniya ştatında koronavirusa yoluxan məhbuslar üçün çadırlar qurulub


AYNA xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında yerləşən San Quentin Dövlət Həbsxanasında koronavirusa yoluxmuş 1800-dən artıq məhbusun müalicəsi üçün çadırlar qurulub. 


ABŞ-ın Kaliforniya Həbsxana və Reabilitasiya Departamentinin (CDCR) sözçüsü 1800-dən çox yoluxmuş məhkumun müalicəsi üçün onlarla çadır qurulduğunu açıqlayıb. Hər birində 10 çarpayı olmaqla, ümumilikdə, 220 çarpayıdan ibarət olan çadırların dezinfeksiya edildikdən sonra gələn həftədən istifadəyə veriləcəyini planlaşdırdıqları açıqlanıb. Eyni zamanda da 40-dan artıq tibb bacısının çadırlarda fəaliyyət göstərməsi üçün yönləndirildiyi bildirilib.


Qeyd edək ki, cümə axşamı verilən məlumata görə, San Quentin xəstəxanasındakı məhbuslar arasında 1642 nəfərdə koronavirus testinin nəticəsi pozitiv çıxıb, 7 məhbus isə koronavirusdan vəfat edib.

Müəllif: Ayna.az