ABŞ-da bir gündə 70 mindən çox insan COVID-19-a yoluxub

Dünya

16.07.2020 - 18:20

1001 ölüm faktı qeydə alınıb

 

ABŞ-da son sutka ərzində 71 min 750 nəfər koronavirusa yoluxub, 1001 ölüm faktı qeydə alınıb. AYNA bildirir ki, bu barədə pandemiyanın onlayn statistikasını aparan “Worldometer” saytında bildirilib.

 

Qeyd olunub ki, ABŞ-da həm yoluxma, həm də ölüm halları bir gün əvvələ nisbətən artıb. İyulun 14-də ölkədə koronavirusa yoluxanların sayı 65 min 594 nəfər, ölənlərin sayı isə 935 nəfər idi.

 

ABŞ-da pandemiyanın başlanğıcından indiyədək 3 milyon 618 min 739 nəfər koronavirusa yoluxub,140 min 185 nəfər həyatını itirib, 1 milyon 646 min 683 xəstə sağalıb. Müalicəsi davam edən 1 milyon 831 min 871 xəstədən 16 min 459-nun vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, bu ölkə COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Müəllif: Ayna.az