İnsident idarənin əməkdaşları arasında yaranan münaqişədən sonra baş verib
ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərinin bələdiyyə binasında atışma olub.
AYNA “Röyters”ə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. İnsident idarənin əməkdaşları arasında yaranan münaqişədən sonra baş verib.
Hadisə yerində polis araşdırmalara başlayıb.