ABŞ Çinə qarşı həmləyə hazırlaşır

Dünya

23.04.2020 - 12:48

cedabet dərman SEO Xidməti

Senata 43 milyard dollarlıq qanun layihəsi təqdim olunub

 

ABŞ-ın Arkanzas ştatından olan Respublikaçı senator Tom Cotton Senata, Sakit okean bölgəsində Çinə qarşı istifadə ediləcək 43 milyard dollarlıq hərbi sərmayəni nəzərdə tutan qanun layihəsi təqdim edib. AYNA xarici mətbuata istinadən xəbərinə görə, “Çinin virusu yaymasına qarşı Əməliyyat Müqavimətinin Gücləndirilməsi haqqında” qanun layihəsində deyilir ki, investisiyanın əsas məqsədi Çinin ABŞ-ı Sakit okean bölgəsindən çıxarmaq cəhdlərinə qarşı çıxmaqdır.

 

Qanun layihəsinə əsasən, 43 milyard dollarlıq sərmayənin böyük bir qismi 2020-ci ilin qalan hissəsinin, digər qismi isə 2021-2022-ci illərin hərbi müdafiəyə ayrılan büdcədən ayrılacaq.

 

Layihə çərçivəsində Virciniya və Kolumbiya sinifli iki sualtı nüvə qayığının, Terminal Yüksək Hündürlükdə Bölgə Müdafiə Sistemi (THAAD) və bölgədə yerləşdiriləcək yeni nəsil dəniz raketinin alınması təklif olunur.

 

Bundan əlavə, layihədə Çinə qarşı hava üstünlüyünü təmin etmək üçün bölgəyə əlavə F-35 qırıcı təyyarələrinin yerləşdirilməsi və “Boeing” şirkəti tərəfindən hazırlanan yeni F-15EX qırıcı təyyarəsinin istehsal edilməsi təklif edilir.

 

Layihə müəllifi Pekinin koronavirus (Covid-19) epidemiyasının yayılmasında günahlandırıldığını qeyd edərək vurğulayır ki, ABŞ və müttəfiqlərinin müdafiə şirkətlərinin pandemiyadan daha çox ziyan görməməsi üçün Çindən əlavə olaraq 11 milyard dollar vəsait tələb olunmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş