Zərif Moskvaya gedir: Lavrovla Qarabağı müzakirə edəcək

Xəbərlər

15.01.2021 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

İranın xarici işlər naziri Rusiyaya səfərə gedəcək

 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Moskvaya səfər edəcək. AYNA rus mediasına istinadən bildirir ki, nazirin səfəri çərçivəsində Dağlıq Qarabağ ətrafında vəziyyət müzakirə olunacaq.

 

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, yanvarın 26-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya işgüzar səfər edəcək.

 

“Səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrov ilə İran nüvə proqramı, Dağlıq Qarabağ ətrafında, Suriya və Əfqanıstanda, eləcə də İran körfəzi zonasında vəziyyəti müzakirə edəcəyi gözlənilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş