“Rəsmi Kiyevin əsas prioriteti Baydenin mövqeyi ilə üst-üstə düşən Avropada təhlükəsizlikdir”
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenin Ukraynanın NATO-ya tez üzv olması ilə bağlı fikrini bilmək istəyir. AYNA xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin qənaətincə, ABŞ-ın yeni administrasiyası dövründə Ukraynanın Qərb dünyasına inteqrasiya prosesi daha sürətli gedə bilər.
Prezident qeyd edib ki, indi rəsmi Kiyevin əsas prioriteti Baydenin mövqeyi ilə üst-üstə düşən Avropada təhlükəsizlikdir: “Bu vəziyyətdə mənim çox sadə bir sualım var: cənab Prezident Bayden, biz niyə hələ də NATO-da deyilik?”.
Ukrayna lideri Krımdakı və ölkənin cənub-şərqindəki faciəli vəziyyətdə Vaşinqtonun köməyinə ümid etdiyini bildirib: “İstərdim ki, yeni bir mərhələyə, yeni bir yola qədəm qoyaq”.
Qeyd edək ki, NATO-ya üzv olmaq kursu Ukrayna Konstitusiyasında təsbit edilib. Müvafiq bənd, sənaye istehsalı da daxil olmaqla ölkənin bütün təhlükəsizlik və müdafiə sektorunun NATO standartlarına uyğunlaşdırılmasını. Bundan əvvəl Ali Rada xarici hərbi personalın 2021-ci ildə beynəlxalq təlimlərdə iştirak etmək üçün Ukrayna ərazisinə yerləşdirilməsinə icazə verən qanun layihəsini qəbul edib.