Zelenski Putinə müraciət edib

Dünya

12.04.2021 - 13:22

Ukrayna Prezidenti Donbassdakı vəziyyətlə bağlı danışıqlar aparmaq istəyir

 

Ukrayna Prezidenti Vladimir Zelenski Donbassdakı gərginliklə bağlı danışıqlar aparmaq üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.

 

Mendel qeyd edib ki, Kremldən hələlik bir cavab almayıblar: “Ümid edirik ki, bu, dialoqdan imtina deyil”.

 

“Rusiya Ukraynanın şərq sərhədinə 40 min, Krıma isə 40 mindən çox hərbçi yerləşdirib”, - deyə Mendel əlavə edib.

Müəllif: Ayna.az