Ukrayna və Macarıstan liderləri arasında görüş üçün hazırlıqlar aparılır
Ukrayna və Macarıstan Ukrayna Prezidenti Volodimir Zelenski ilə Macarıstan Baş naziri Peter Madyar arasında mümkün görüşə hazırlıq üzərində işləyirlər.
AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa slovakiyalı həmkarı Juraj Blanar ilə danışıqlardan sonra Vinnitsa şəhərində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tərəflər yüksək səviyyəli danışıqların formatı və tarixi barədə razılığa gəlmək üçün diplomatik əlaqələri davam etdirirlər.
"Təsdiqləyə bilərəm ki, liderlər - Prezident Zelenski və Baş nazir Madyar arasında görüş üzərində işləyirik. Bu görüş mütləq baş tutacaq", - Sibiqa qeyd edib.
Nazir həmçinin Macarıstan tərəfi ilə əlavə əlaqələr, o cümlədən Macarıstanın xarici işlər naziri ilə qarşılıqlı əlaqələr barədə məlumat verib.