Zaxarova: "Ukrayna tarixin yenidən yazılması üçün tramplin oldu"

Dünya

08.04.2025 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

“Ukraynanın müstəqilliyi və suverenliyi Qərbin neokolonial gündəliyi ilə bağlıdır”

“Ukrayna tarixi yenidən yazmaq üçün tramplinə çevrilib”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “MGIMO 360” tələbə informasiya kanalına müsahibəsində bildirib.

"Müasir beynəlxalq proseslər bilavasitə tarixin yenidən yazılması ilə bağlıdır. Bədbəxt Ukrayna bu iki prosesin toqquşması üçün tramplin əraziyə çevrilib", - Zaxarova qeyd edib.

Diplomatın fikrincə, “Ukraynanın müstəqilliyi və suverenliyi Qərbin neokolonial gündəliyi ilə bağlıdır, onun çərçivəsində əhali öz kökündən əl çəkməli olub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş