Yunanıstanda rekord göstərici

Dünya

13.08.2020 - 07:44

Ölənlərin ortalama yaşı – 76-dır

 

Yunanıstanda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 262 nəfər artaraq 6 177-yə yüksəlib. AYNA xarici mətbuata istinadən bildirir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi öz saytında yerləşdirib.  

 

Qeyd edilib ki, son sutka ərzində 2 nəfər ölüb. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 216-ya çatıb. Ölənlərin ortalama yaşı – 76-dır.

 

Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaların reanimasiya şöbələrində 24 nəfər qalmaqdadır.

Müəllif: Ayna.az