Yevlaxda qəza: İki nəfər öldü

Hadisə

28.02.2021 - 21:32

Həkimlər Klinikalar SEO Xidməti

Bir ailənin üzvü olan üç nəfər xəstəxanalıq olub

 

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

 

Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2107” markalı maşın digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

 

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Bunlar 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır.

 

Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş