“Husilərdən hökumətə keçən hər kəs planlaşdırılan əfvin bir hissəsi olaraq əfv olunacaq”
Yəmən Parlamenti “Ənsar Allah” (husilər) təşkilatı ilə mübarizə aparmaq üçün ümumi səfərbərliyi təsdiqləyib. AYNA.AZ “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Prezident İdarəetmə Şurasının sədri Rəşad əl-Əlimi səfərbərliyin təsdiqini istəyib.
Səfərbərliyə çağırış edən əl-Əlimi hər bir vətəndaşın "mümkün olan hər hansı bir şəkildə töhfə verməsinin" və husilərlə mübarizə aparmaq üçün Yəmən hökumət qüvvələrinə qoşulmasının vacibliyini vurğulayıb.
O, əlavə edib ki, “husilərdən hökumətə keçən hər kəs planlaşdırılan əfvin bir hissəsi olaraq əfv olunacaq”.
Daha əvvəl “Ənsar Allah” təşkilatı Yəmən hökumət qüvvələrinə qarşı hücuma keçib və Yəmənin bütün Qırmızı dəniz sahil xəttini, eləcə də Bab əl-Məndəb boğazına bitişik əraziləri nəzarətə götürüb. Döyüşlər ölkənin dağlıq cənub-qərbində davam edir. Eyni zamanda, husilər Səudiyyə Ərəbistanı ilə zərbələr endirir. Ər-Riyad husilərlə mübarizə aparan Yəmən hakimiyyətinə hərbi dəstək verir.
Husilər Yəmən ərazisinin əhəmiyyətli bir hissəsinə, o cümlədən ən sıx məskunlaşmış ərazilərə nəzarət edir. Xüsusilə, husilər ölkənin paytaxtı Sənaya nəzarət edirlər.