Yaşayış yerini tərk edən COVID-19 xəstələri məsuliyyətə cəlb ediliblər

Xəbərlər

23.11.2020 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

Xəstələr tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər

 

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənovun və Boluslu kənd sakini Kamil Əliyevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk etmələri müəyyən edilib.

 

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər.  Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş