Yarımçıq Qorxmaz İbrahimli

Siyasət

26.06.2020 - 19:00

  1. Azərbaycanda COVID-19 infeksiyası yayılmaqda davam edir. Və hökumət əhalini məsuliyyətsizlikdə günahlandırır, camaat da hökuməti düzgün qərarlar qəbul etməməkdə. Nə baş verir?
  2. Cəmiyyətimizdə qəribə etimadsızlıq yaranıb: Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi hər bir qərar, az qala lağlağı obyektinə çevrilir. İnsanımız özünü taleyin ümidinə buraxıb. Biz harda səhvə yol veririk?
  3. Problem ondadır ki, bu gün koronavorusla bağlı hökumət, hətta, dövlət rəhbərliyi səviyyəsində pessimist açıqlamalar verilir. Durumumuz çoxmu ağırdır və çıxış yolumuz varmı?
  4. Deyək ki, vətəndaş qaydalara məhəl qoymamaqda, yoluxma sayı artmaqda, Operativ Qərargah isə vətəndaşı məsuliyyətsizlikdə ittiham etməkdə davam edəcək. Və biz hara gedirik?
  5. Pandemiya dünyada və ölkəmizdə bütün sahələri “dondurub”: siyasəti, iqtisadiyyatı, sosial həyatı və s. Amma hər halda, həyat davam edir. Aydınlar Partiyası olaraq, vəziyyətdən çıxış yolu kimi təklifləriniz, alternativləriniz, proqramınız varmı?

 

 

 

  1. Azərbaycanda COVID-19 infeksiyası yayılmaqda davam edir. Və hökumət əhalini məsuliyyətsizlikdə günahlandırır, camaat da hökuməti düzgün qərarlar qəbul etməməkdə. Nə baş verir?

Məncə COVİD-19 ifadəsindən başlamaq lazımdır. Demək virus 2019-cu ilin sonunda yarandığı gündən yayılacağı xəbərini verirdi. Hələ ötən ilin sonun da Çində başladığı vaxt hər kəs həyəcanla izləyirdi. Yanvar ayında isə dünyaya yayılacağı dəqiqləşdi və bacarıqlı hökumətlər tədbirlər almağa başladılar. Azərbaycanda da virus xüsusən qonşu İran respublikasına ilk sıçrayışında tədbir alınmağa başlandı. Başdan bu ölkə ilə sərhəddin təcili bağlanması haqda fikirlər yayılmağa başladı. Ancaq sərhədləri qapatmaq elə də asan iş deyildi. Xüsusən blokada şəraitində yaşayan Naxçıvan MR ilə quru əlaqəsi bu ölkənin ərazisindən keçməklə mümkün olduğundan bəzi tədbirlər alınmalı idi. Bundan başqa İranda təhsil alan yüzlərlə tələbələrimiz, müalicəyə gedən xəstə və xəstə yaxınları, yüzlərlə zəvvarlar var idi. Bütün bunlar üçün zamana qarşı çalışılmalı idi. Hesab edirəm, bu məsələdə hökumət ləngimədən işə başladı. Və Operativ Qərargah yaradılaraq bəşəriyətin çox da yaxından tanımadığı və oqədər dəciddiyəalmadığı virusla mübarizə başlandı.Bütün dünya demək olar eyni vaxtda virusun təhlükəsini anladı və önləmlər almağa başlandı. Müalicəsi üçün dərman olmadığından yalnız qoruyucu vasitələr və reanimasiyaavadanlıqlarıtədarük edilməyə başlandı. Bütün dövlətlərdə eyni proses getdiyindən tədarükdə sıxıntılar yaranmağa başladı.

İlk dəfə pandemiya elan olunduqdan sonra karantin qərarları verildi. Ölkəmizdəkarantin elan olundu. İş yerləri, təhsil ocaqlarıÇ ticarət obyektləri, restoranlar bağlandı.Əhalidən evdə oturaraq qorunmaları istəndi. Lakin İlk karantin dönəmini vətəndaş çox laqeyd,etinasız qarşıladı. Karantin müddətində evdə oturaraq iki həftənin təhlükəsiz adladılması yerinə etinasızcasına icazə sistemindəki boşluqlardan sui istifadə halları başlandı. Nəticədə virusun geniş yayılmasının önlənməsi yerinə yumşaltma başlayınca AVM-lər daxil kütləvi toplanma müşahidə olunmağa başladı.

Heç bir sosial məsafə filan gözlənmədi. Əhalinin belə davranışına səbəb isə koronavirusla bağlı maarifləndirmə və təbliğat işinin düzgün qurulmaması oldu.

Hesab edirəm ki, birinci karantin dövründə ciddi rejim tətbiq olunmalı idi. Xüsusən bu pandemiyanın yalan uydurma olduğu ilə bağlı informasiya yayanlar ciddi cəzalandırılmalı idilər. Özəlliklə bəzi doktorlar və tv-ləri zəbt etmiş üzdəniraq adamlar vətəndaşın xəstəliklə bağlı yanlış bilgi almasına səbəb oldular.

OQ isə işini karantin elan etməklə və arada bir iclas keçirməklə bitmiş hesab etdi. Nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış həkimlərin dəyərlifikirlərindən yararlanılmadı. Pandemiya başladığı andan biz sosial media və mətbuat vasitəsilə öz köməyimizi təklif etdik. Xüsusən siyasi partiyaların və qeyri – hökumət təşkilatrlarının potensialından istifadə olunmaması ciddi yanlışlardan biri idi.

Xüsusən keçənlərdə iki günlük karantin elan edilərkən hökumətlə xalq arasında ciddi problemin olduğu ortaya çıxd. Əhali keçilən zaman içərisində düzgün bilgiləndirilmədiyindən ölüm saçan virusu ciddiyə almadı. Sosial məsafə gözlənmədi və s. Hökumətsə yalnız cəza tətbiq etməklə nəyə isə nail olmağa çalışdı.

  1. Cəmiyyətimizdə qəribə etimadsızlıq yaranıb: Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi hər bir qərar, az qala lağlağı obyektinə çevrilir. İnsanımız özünü taleyin ümidinə buraxıb. Biz harda səhvə yol veririk?

Etiraf dtməliyəm ki, ölkə prezidenti çevik hərəkət edərək lazımi tədbirləri aldı. Gərəkən qərarları verdi. OQ yaradıldı. Vəsait ayrıldı. Lakin OQ adına uyğun olmayaraq hır şeyi nəzarətinə ala bilmədi. Bunda əsas səbəb isə ölkənin səhiyyənazirliyinin iflic vəziyyətdə olması idi. Nazir Şirəliyev demək olar heçbir fəaliyət göstərə bilmədi. Ölkənin baş infeksionisti bir neçə dəfə televiziyada görünsə də geniş xalq kütləsini təhlükənin ciddiliyinə inandıracaq səviyədə yadda qalmadı. TƏBİB isəyeni yarandığından əcrübələrinin azlığından yetəri qədər təsir etmə imkanında olmadı.

Ununla da OQ qəbuletdiyi hər bir qərar ciddi yanlışlıqlarla seyr etməyə başladığından insanların dediyiniz kimilağ obyektinə çevrildi. Nə vətədaşı xəstəliyin ciddiliyinə indandıra, nə sosal məsafə saxlamağa alışdıra, nə də müalicəsinin yaxın aylarda mümkün olmayacağına inandıra bilmədi.

Hesab edirəm ki, yumşalmaya vaxtından əvvəl gedilməsi və sanki artıq pandemiyanın məhv edildiyi əhvalıyaradılması ən böyük səhv idi.

 

  1. Problem ondadır ki, bu gün koronavorusla bağlı hökumət, hətta, dövlət rəhbərliyi səviyyəsində pessimist açıqlamalar verilir. Durumumuz çoxmu ağırdır və çıxış yolumuz varmı?

Mən hesab edirəm, pessimist olmamağa əsas yoxdur. Vaxtında yanlış gedilən yol bizi bu duruma gətirdi. Başdan dediyimiz kimi hər şey gözəl baaşladı. Xüsusən ölkə rəhbəri lazımi vəsaiti ayırdı və əhaliyə yetəri qədər ön hazırlıqlı olduğumuz bildirildi. Mən hökumətin yarıtmaz və işinin öhdəsindən gələ bilmədiyinə yuxarıda da toxundum. Sanki dövlət başçısı yalnız ən yaxın bir qrup məmurla bərabər mübarizə aparır. Hökumət isə seyrçi mövqedə xəstəliyin ölkədə sürətlə yayılmasına tamaşa edir. Vəziyyətə hamıdan yaxın olan prezident isə əlbəttə pessimist olmalıdır. Bu məmur ordusu ilə heç bir iş görmək mümkün deyil. Təcili OQ buraxılaraq bacarıqlı mütəxssilərdən və işi bacaran insanlardan ibarət olmaqla yenidən formalaşdırılmalıdır. Prezidentin demək olar hər gün müxtəlif yerlərdə sağlıqla bağlı obyektlərin açdığı, mübarizə apardığı bir zamanda səhiyənin başındfakı insan görünmür. Halbuki hər gün səhiyyə naziri və OQ yetkililəri brifinq keçirərək xalqa məlumat verməlidirlər.

 

  1. Deyək ki, vətəndaş qaydalara məhəl qoymamaqda, yoluxma sayı artmaqda, Operativ Qərargah isə vətəndaşı məsuliyyətsizlikdə ittiham etməkdə davam edəcək. Və biz hara gedirik?

 

Yox, belə olmaz. Artıq son günlər virusun yayılma arealı genişlədikcə vətəndaşın yoluxma dairəsi kiçildikcə insanlar tədbir almağa çalışırlar. Mən əvvəllər də bununla bağlı danışarkən demişdim ki, biz real ölü görməsək, xəstəliyi ən yaxın çevrəmizdə görməsək inanmayacağıq. Son günlərin sürətlə yayılması artıq vətəndaşı tədirgin edib.

İndi kimin məsuliyətsiz, kimin yarıtmaz olduğunu dartışmanın məqamı deyil artıq. Xüsusən OQ-ın ittiham etmək haqqı harada isə yoxdur məncə. Çünki ölkə prezidenti etimad göstərərək görəvləndirib onları. Demək olar geniş səlahiyətlər və lazımi maddi-texniki vasitələrlə təmin olunublar. Yarıtmadıqları işi etinasız vətəndaşı ittiham etməklə örtə bilməzlər.

Pessimizm hamımızı məhv edər. Bədbinləşməməliyik. Hesab edirəm ki, ölkəmizdə xeyli bacarıqlı insanlar var ki, dar gündə dövlətin yanında olacaqlar, vətəndaşı  qorumaq üçün çıxış yolu təklif edə biləcəklər.

 

 

 

  1. Pandemiya dünyada və ölkəmizdə bütün sahələri “dondurub”: siyasəti, iqtisadiyyatı, sosial həyatı və s. Amma hər halda, həyat davam edir. Aydınlar Partiyası olaraq, vəziyyətdən çıxış yolu kimi təklifləriniz, alternativləriniz, proqramınız varmı?

 

Təbii, pandemiya bütü dünya iqtisadiyatını, inkişaf etmiş ölkələri iflic edib. Dünyada öz nüvə silahı ilə at oynadan Rusiya kimi bir imperiya kiçicik bir virusun əlində əir qalıb. Türkiyə, İspaniya kimi inkişaf etməkdə lan ölkələr sıxıntı yaşayırsa, bizim ölkəmiz də dünyanın bir parçası olaraq ciddi sıxıntılarla üz-üzədir.

Aydınlar partiyası laraq biz pandemiya ölkımizdə yayılmağa başlayandan dövlətimizin yanında olduğumuzu elan etdik. Baxmayaraq ki, yaxın vaxtlarda keçirilmiş Parlament seçkilərində partiyamızın namizədi saxtalaşdırma yolu ilə bir mafioz insana uduzdurulmuşdu, biz bitün umu küsüləri kənara qoyduq. Hər zamankı kimi Azərbaycan dövlətinin varlığı bizim üçün hər bir firqə və şəxsi maraqlarımızdan üstün oldu.

Başdan sosial media və mətbuat  vasitəsilə hakimiyətə öz köməyimizi təklif etdik. Elan etdik ki, bütün partiyalar,  ictimai-siyasi xadimlər bu pandemiya ilə mübarizədə dövlətə dəstək olmalıdırlar.Dərhal hakimiyətin  təcili bir dəyirmi masa təşkil edərək müxalifətlə fikir mübadiləsi etməsini təklif etdik. ə yazıq ki, dəyərləndirilmədi.

Proqram və təklifimizə gəlincə, əlbəttə yetəri qədər kadr potensialımız olduğundan Hakimiyət tərəfindən gələ biləcək istənilən məsələni müzakirə edə, təkliflərimizi verə bilərdik. Nə yazıq ki, olmadı. Buna baxmayaraq biz öz təkliflərimizi verməkdə davam edirik.

Ən son dünən Bakı, Sumqayıt və digər şəhərlərdən əhalinin rayonlara çıxması və bu çıxış zamanı özləri ilə bərabər pandemiyanı yaymalrı üçün təkliflərim izi verdik.

Eyni zamanda çimərliklərlə bağlı təklifimiz mətbuat və sosial mediada çox yaxşı qarşılandı. Bildiyiniz kimi vaksini və tam müalicəsi tapılmamış virusdan qorunmanın ısas yollarından biri insanların immunitetinin möhkəmləndirilməsidir. Virusla mübarizənin ən ağır mərhələsi havaların soyuyacağı vaxta düşəcək. Cənub yarımkürəsində indi qıçdır və orada tüğyan edən pandemiyadan xəbəriniz var.

İmmun sistemi güclü insanlar isə bu virusa və ya qrip kimi viruslara yaxalandıqda yüngül keçirirlər. Bunun üçün Allahın bizə hədiyyə elədiyi dənizin və bol günəşin imkanlarından maksimum yararlanmaq lazımdır. Təcili, gecikmədən çimərliklər xalqa açılmalıdır. Özəl çimərliklərə belə vətəndaşdan plyaja girmə haqqının alnmaması tələb olunmalı, bəzi vergi güzəştləri edilməlidir. Vətəndaşlar isə sosial məsafəni gözləyərək sabah və axşam günəşi almalıdırlar. İnsanlar yeni rejimdə yaşamağa alışmalı, OQ tərəfindən veriləcək təlimatlara uymalıdırlar. Heç kimin ixtiyarı yoxdur ki, xəstəliyin yayılmasına vasitə olsun və bu millətin genefondunu məhvə sürükləsin.

Bundan başqa aztəminatlı ailələrə sosial yardımların verilməsi, kiçik və orta biznesin durumu və s ilə bağlı da iqtisadçılarımızın layihələri vardır.

Həftənin əvvəlində rayonlara gediş-gəliş və çimərliklərlə bağlı təklifimizi rəsmən OQ da verməyi düşünürük.

Buradan ayrıca Azərbaycan həkimlərinə və tibb işçilərinə partiyamız və şəxsim adından təşəkkürümüzü bildirirəm. Bu ağır sürəcdə onlar inanılmaz qəhrəmanlıqlar edirlər. Xüsusən son gərginləşmə fazasında həkimlərimizin üzərinə çox iş düşür. Onlar robot deyillər, fiziki enerjiləri tükənə bilər. Tükənməmələri, enerjili olmaları üçün hər zaman sevimli doktor və bütün tibb işçilərinə minnəttarlıqla dəstək olmalıyıq.

Vətəndaşlara durumun nə qədər ağır olduğunu anladaraq onları nizam intizama, sosial məsafəni gözləməyə, maska geyinərək hərəkət etməyə çağırmalıyıq və çağırırıq.

Müəllif: Tural Talehoğlu