Yaponiyada güclü zəlzələ baş verib

Hadisə

09.06.2021 - 07:23

Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib

 

Yaponiyanın Hönsü adasında 5 bal gücündə zəlzələ baş verib.

 

AYNA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Haşinohe şəhərindən 78 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.

 

Ölən və yaralılar barədə məlumat verilmir.

 

Rəsmilər sunami təhlükəsinin olmadığını açıqlayıblar.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar