YAP-ın qurultayına hazırlıq başlayıb

Xəbərlər

08.09.2026 - 14:21

Partiyanın rayon təşkilatlarının konfransları keçirilir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.

Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın qurultayına nümayəndələr seçilir.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən 5 ildə bir dəfədən az olmayaraq çağırılır.

YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti qurultay bu il keçirilməlidir.

YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş