Xorvatiyadan minatəmizləmə avadanlıqları gətirilir

Xəbərlər

20.10.2021 - 13:24

Nazir: “Azərbaycan və Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb”

Azərbaycan və Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb.

AYNA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.

Nazir qeyd edib ki, müvafiq minatəmizləmə avadanlıqları sifariş edilib və onlar Xorvatiyadan Azərbaycana gətirilir.

Hazırda Bakıda Azərbaycan-Xorvatiya biznes forumunun keçirildini bildirən nazir deyib ki, ölkələrimiz ticarət sahəsində də geniş əməkdaşlıq üçün böyük potensial var.

Müəllif: Ayna.az