Xırdalanda yaşayış binasında yanğın olub

Hadisə

21.02.2021 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 77 kvm olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 kvm sahədə və qapı qismən yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş