Xəstəxanada yanğın baş verib

Hadisə

11.12.2019 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub

 

Yevlax Mərkəzi Rayon Xəstəxanasının (MRX) yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verib.

 

Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş