Xələf Xələfov Rudenko ilə görüşüb

Xəbərlər

10.02.2021 - 11:44

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub

 

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri müavinlərinin görüşü olub. AYNA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

“Fevralın 9-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Görüş zamanı ikitərəfli, regional və beynəlxalq gündəliyə dair aktual məsələlər müzakirə edilib. Görüş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri üçün səciyyəvi olan ənənəvi konstruktiv və səmimi şəraitdə keçib”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az