9 nəfər yaralanıb: yaralananlardan ikisi uşaqdır
Ukraynanın Xarkov şəhəri gecə saatlarında Rusiya tərəfindən həyata keçirilən kütləvi PUA hücumuna məruz qalıb. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə şəhərin meri İqor Terexov deyib.
Mer bildirib ki, hücumlar nəticəsində 9 nəfər yaralanıb. Yaralananlardan ikisi uşaqdır.
Qeyd olunub ki, dron zərbələri şəhərin Slobodskoe rayonunda yerləşən kommunal müəssisələrdən birinin ərazisinə endirilib.