Vilayət Eyvazov generalı işdən uzaqlaşdırdı

Xəbərlər

31.01.2020 - 17:11

cedabet dərman SEO Xidməti

Polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub

 

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub. AYNA “Report”a istinadən xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".

Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş