Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş <font color=red> SİYAHISI</font>

Xəbərlər

30.06.2021 - 19:28

Müdafiə Nazirliyi şəhidlərimizin yenilənmiş siyahısını dərc edib

 

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.

 

AYNA nazirliyin saytına istinadla xəbər verir ki, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 30-dək dəfn edilən 2906 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 8 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

 

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə buradan tanış olmaq olar.

Müəllif: Ayna.az