Vens Zelenskidən XBKK obyektlərinə hücumları dayandırmasını istəyib

Dünya

12.08.2026 - 17:46

Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə hücumları dayandırmağa razılaşıb

ABŞ vitse-prezidenti Ceyms Devid Vens şəxsən Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayaraq, ondan Rusiyanın Qara dəniz limanı Novorossiysk yaxınlığında Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) ilə əlaqəli neft tankerlərinə və infrastrukturuna dron hücumlarını dayandırmasını istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Vens bu tələbi 31 iyulda edib və bundan sonra Kiyev Rusiya limanından istifadə edən, lakin Rusiya şirkətlərinə məxsus olmayan gəmilərə hücumları dayandırmağa razılaşıb.

ABŞ administrasiyası hücumların qlobal neft bazarının sabitliyini poza biləcəyi və Amerika şirkətlərinin maraqlarına zərər verə biləcəyi ilə bağlı narahatlığını izah edib. XBK əsasən Qazaxıstan neftini nəql edir və Amerika şirkətləri “Chevron” və “ExxonMobil” konsorsiumda böyük paylara malikdirlər.

“Financial Times” qəzetinin məlumatına görə, Ukrayna XBKK infrastrukturuna və ya Novorossiyskə gedən qeyri-Rusiya tankerlərinə zərbə endirməmək barədə razılığa gəlib. Bu razılaşma gəminin Ukrayna sanksiyalarına məruz qalmaması, Rusiya yüklərini daşımaması və ya Rusiya fiziki və ya hüquqi şəxslərinə məxsus olmaması şərti ilə bağlıdır.

Həmçinin bildirilir ki, Kiyev bu addımı ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemi üçün raket istehsalı və satın alınması üçün lisenziyası almaq ümidləri fonunda atıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş