Vens: “ABŞ-İran danışıqlarında irəliləyiş var”

Dünya

09.08.2026 - 22:09

“İranın siyasi sisteminin Vaşinqtonun məmnun qalacağı güzəştləri təmin edib-etməyəcəyi hələ də məlum deyil”

ABŞ-ın vitse-prezidenti Cey Di Vens son bir neçə gündə İranla danışıqlarda müəyyən irəliləyişlər əldə edildiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə o “Fox News” müsahibədə deyib.

Vensin sözlərinə görə, Tehran uzanan münaqişəyə son qoymaqda maraqlıdır: “Lakin İranın siyasi sisteminin Vaşinqtonun məmnun qalacağı güzəştləri təmin edib-etməyəcəyi hələ də məlum deyil”.

"Sual budur ki, onların sistemi bizi xoşbəxt saxlamaq, bu qarşıdurmadan lazım olanı əldə etdiyimizi hiss etmək üçün lazım olanı təmin edə bilirmi? Bunu görmək lazımdır, amma düşünürəm ki, son bir neçə gündə müəyyən irəliləyişlər əldə etmişik", - deyə vitse-prezident vurğulayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin bərpasına imkan verəcək razılaşmanın və Tehranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi ehtimalı gözlənilən İrana qarşı yeni bir sıra hərbi hücumların ləğv olunduğunu elan etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş